VƏKİL HAQQINDA

Vəkil Allahverən İsmayıl oğlu Oruclu 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur.

2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə magistr dərəcəsi ilə bitirmişdir. 2011-2012-ci illərdə Brüssel Azad Universitetinin (Vrije Universiteit Brussel) Hüquq fakültəsində Beynəlxalq və Avropa hüququ (Biznes hüququ profili) üzrə magistr təhsili almışdır.

2003–2017-ci illərdə müxtəlif hüquq firmalarında və biznes şirkətlərində hüquqşünas, hüquq şöbəsinin müdiri, hüquq fimasınım direktoru, Avropada beynəlxalq təşkilatda mütəxəssis kimi fəaliyyət göstərmiş, 2007-2011 illərdə və 2016-cı ildən hal-hazıradək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkildir, 2008-ci ildən “BİZNESLEKS Konsultant” Hüquq və Konsaltinq şirkətinin təsisçisidir. Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Belçikada hüquqi işlər aparmaq təcrübəsi vardır.

Bir kitab, bir neçə məqalələrin müəllifidir.