- Mülki işlər və iqtisadi mübahisələrdə müştərin bütün instansiya məhkəmələrdə dövlət orqanları, fiziki və hüquqi şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni maraqlarının müdafiəsi;
- Mübahisələrin alternativ (mediasiya, arbitraj) qaydasında həlli;
- Məhkəməyə və digər orqanlara, fiziki və hüquqi şəxslərə hüquqi sənədlərin – pretenziya, xəbərdarlıq məktubları, iddia ərizəsi və digər ərizələr, etiraz, barışıq sazişi, vəsatət, izahlar, apellyasiya, kassasiya, əlavə kassasiya şikayətləri, konstitusiya məhkəməsinə şikayət və sair hüquqi sənədlərin hazırlanması;
- Mübahisələrdən irəli gələn hüquqi risklərin qiymətləndirilməsi;
- Müştəriyə aid:
- müxtəlif növ müqavilələrin etibarlılığı və ya etibarsızlığı,
- öhdəliklərin icra edilməməsi və öhdəliklərə xitam verilməsi,
- girov və ipoteka, dəbbə pulu, saxlama, zaminlik, qarantiya, beh münasibətlərindən irəli gələn mübahisələrinin həll edilməsi,
- mülkiyyət, istifadə və s. hüquqların əldə edilməsi, itirilməsindən irəli gələn mübahisələrin həlli,
- əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması;
- yük daşınmasından irəli gələn mübahisələr;
- özbaşina tikililərin qanuniliyinin tanınması;
- torpaq mübahisələrin həlli,
- əmək hüquqlarının müdafiəsi,
- istehlakçıların hüquqlarının müdafiəsi,
- maddi və mənəvi (şərəf, ləyaqət, işgüzar nüfuz və s.) zərərlərin məhkəmə qaydasında kompensasiyası,
- ətraf mühitin mühafizəsi,
- müəlliflik hüquqlarının müdafiəsi və s. işlərdə təmsilçilik və hüquqların müdafiəsi;
- Antiinhisar və haqsız rəqabət qanunvericiliyindən irəli gələn məsələlərin həlli ilə bağlı kompleks xidmətlər, o cümlədən şikayətlərin verilməsi, təmsilçilik, mübahisələrin həlli;
- Xarici ölkələrin (MDB, Avropa İttifaqı ölkələri, Türkiyə, Gürcüstan və s.) məhkəmə, hüquq-mühafizə və digər orqanlar və təşkilatlarında, beynəlxalq arbitrajlarda müştərinin təmsil edilməsi və hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmədən kənar və məhkəmə qaydasında həllində hüquqi dəstək;
- Hüquqi şəxslər və ya fərdi sahibkarlar arasında mülki, inzibati və digər növ iqtisadi mübahisələrin həll edilməsi;
Yol-hərəkət qaydaları və yol-nəqliyat hadisələri ilə bağlı kompleks hüquqi xidmətlər