Cinayət işləri

Müştərilərə istənilən növ cinayət işlərində təhqiqat, istintaq və məhkəmə orqanlarında kompleks xidmətlər, o cümlədən:

  • Cinayət işlərində müştərini zərərçəkmiş şəxsin, şahidin nümayəndəsi, habelə, şübhəli və təqsirləndirən şəxsin müdafiəçisi kimi təhqiqat, istintaq və məhkəmə orqanlarında hüquqlarının müdafiəsi;
  • Bütün növ istintaq tədbirlərində iştirak edilməsi;
  • Təhqiqat, istintaq və məhkəmə orqanlarının qərarlarından yuxarı instansiyalara şikayətlərin verilməsi və s
  • Cinayət və cinayət prosessual qanunvericilik məsələləri barədə ətraflı hüquqi arayışın hazırlanması və məsləhətlərin verilməsi;
  • Müştərinin maraqlarına uyğun ərizələrin, şikayətlərin, vəsatətlərin, etirazların, mülki iddiaların yazılması, müvafiq hüquq-mühafizə orqanına təqdim edilməsi  və müdafiəsi;
  • Sübutların toplanması üçün müxtəlif qurumlara sorğuların verilməsi;
  • digər xidmətlər.