İnzibati işlər

  • Nəzarət və digər dövlət orqanları ilə fiziki və hüquqi şəxslər arasında inzibati hüquq mübahisələrinin həlli üzrə xidmətlər, o cümlədən, inzibati orqanların qəbul etdiyi qərarların, nəzarət orqanlarının yoxlama aktlarının, inzibati tənbehlərin, müştəriyə yönəlmiş digər hüquqi tədbirlərin hüquqi ekspertizası;
  • İnzibati orqanların şirkətlərə və fərdi sahibkarla qarşı həyata keçirdiyi yoxlama və digər tədbirləri zamanı müştərinin təmsil edilməsi, inzibati orqanın qanunsuz müdaxiləsindən müdafiə, vəzifəli şəxslərin müştərinin hüquqlarını pozan hərəkət və hərəkətsizliyindən, dövlət orqanlarının inzibati aktlarından, (o cümlədən, yoxlama aktlarından, cərimə, maliyyə sanksiyalarının tətbiqi və digər məsuliyyətə cəlb edilmə haqqında qərarlardan) və digər aktlardan şikayətlərin və etirazların verilməsi, akt və qərarların məhkəmə və inzibati qaydada mübahisələndirilməsi və ləğv edilməsi, mübahisələrinin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi ilə bağlı xidmətlər.

İnzibati xətalar üzrə işlərdə təmsilçilik, hüquqların müdafiəsi və digər hüquq xidmətləri