Şirkətlərin yaradılması

Müxtəlif təşkilati-hüquqi formalarda hüquqi şəxslərin yaradılması və ləğvi ilə bağlı kompleks hüquqi xidmətlər, o cümlədən:

  • Müştərinin biznes planlarına və ehtiyaclarına, təsisçilər (payçılar, səhmdarlar və s.) arasında olan münasibətlərə əsasən hüquqi şəxsin optimal təşkilati-hüquqi formasının (MMC, ASC, QSC və s.) seçilməsi və qurulması ilə bağlı hüquqi sxemlərin təklif edilməsi, hüquqi arayışın və məsləhətlərin verilməsi;
  • Azərbaycanda yerli və xarici investisiyalı kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin yaradılması: təsis və qeydiyyat sənədlərinin (nizamnamə, qərar, protokol, ərizələr və s.) hazırlanması və təsdiqlənməsi, müvafiq dövlət orqanında təmsilçilik, möhürün hazırlanması, bank hesabının açılması, ASAN imza və elektron imzanın, təsərrüfat kodunun alınması üzrə xidmətlər;
  • Xarici ölkələrdə (MDB, Avropa İttifaqı ölkələri, Türkiyə, Gürcüstan və digər ölkələrdə, habelə, sənaye zonalarında, azad iqtisadi zonalarda və ofşor bölgələrdə) şirkətlərin yaradılması və qeydiyyatı ilə bağlı kompleks xidmətlər, müştərinin maraqlarına uyğun dövlətin və bölgələrin seçilməsi, lazımi sənədlərin hazırlanması, vergidən azad edən və ya vergi güzəşti tətbiq edən ölkələrdə hazır şirkətlərin alınması, bank hesablarının açılması, virtual ofisin və idarəetmənin təşkili və ya belə şirkətləri ləğvi üzrə xidmətlər;
  • Azərbaycanın sənaye zonalarında (sənaye parklarında və sənaye məhəllələrində) və azad iqtisadi zonalarında qeydiyyat və fəaliyyətlə bağlı xidmətlər;
  • Xarici şirkətlərlə yerli şirkətlərin birgə müəssisələrinin yaradılması və qeydiyyatı ilə bağlı xidmətlər;
  • Yerli və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin yaradılması və qeydiyyatının təşkili,
  • Holdinqlərin (şirkətlər qrupunun), asılı, törəmə cəmiyyətlərin yaradılması ilə bağlı xidmətlər,
  • Təsis sənədlərində edilmiş dəyişikliklərin və düzəlişlərin, o cümlədən təşkilatı-hüquqi formanın, təsisçilərin tərkibinin, qanuni təmsilçinin, nizamnamə kapitalındakı payların (səhmlərin), adının, ünvanının dəyişdirilməsinin sənədləşdirilməsi və qeydiyyata alınması ilə bağlı xidmətlər;
  • Şirkətlərin, iştirakçılara (səhmdarlara) məxsus payların (səhmlərin) alqı-satqısının və ya digər formada güzəşt edilməsinin təşkili (uyğun müqavilələrin və digər sənədlərin hazırlanması) və qeydiyyatının təmin edilməsi;
  • Şirkətlərin restrukturizasiyası, yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) ilə bağlı kompleks xidmətlər;
  • Nizamnamə kapitalındakı payların (səhmlərin) fiziki şəxs olan payçının (səhmdarın) varislərinə və hüquqi şəxslərə ötürülməsi üzrə məsləhətlərin verilməsi, sənədlərin hazırlanması və qeydiyyatının təşkili;
  • Fəaliyyətdə olan şirkətin alqı-satqısının təşkili, o cümlədən, payların (səhmlərin) və şirkətin hüquqi və maliyyə vəziyyətinin yoxlanılması, sənədləşmənin təşkili və qeydiyyatın təşkili;
  • Hüquqi şəxsin, yerli xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi, fəaliyyətin müvəqqəti dayandırılması və dövlət reyestrindən çıxarılması ilə bağlı kompleks xidmətlər;
  • Təsisçilər – iştirakçılar (payçılar, səhmdarlar və s.) arasında olan mübahisələrin həlli;
  • Yeni yaradılmış şirkətlərə lisenziyaların və icazələrin alınması, əmtəə nişanlarının və patentlərin dövlət qeydiyyatı ilə bağlı xidmətlər;
  • Müflisləşmə və iflas işlərində kompleks xidmətlər;
  • Hüquqi şəxsin, yerli və xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması (və ya fəaliyyətinin müvəqqəti dayandırılması) ilə bağlı kompleks xidmətlər (məsləhətlərin verilməsi, bütün sənədləşmələrin aparılması və dövlət orqanlarında müştərinin təmsil edilməsi) və s.