Korporativ idarəetmə

Şirkətərə korporativ idarəetmənin qurulması və təkmilləşdirilməsi ilə bağlı kompleks hüquqi xidmətlər:

  • Korporativ idarəetmənin mövcud vəziyyətin ekspertizası, müştərinin ehtiyaclarına uyğun idarəetmənin qurulması və ya təkmilləşdirilməsi ilə bağlı məsləhətlərin verilməsi, sxemlərin və tədbirlər planının təqdim edilməsi;
  • Hüquqi şəxsin daxili korporativ sənədlərinin, o cümlədən, struktur bölmələrin əsasnamələrinin, vəzifə təlimatlarının, struktur və ştat cədvəllərinin hazırlanması, rəhbər orqanın (Baş direktorun və s.) səlahiyyət və öhdəliklərinin müəyyənləşdirilməsi, mövcud sənədlərin ekspertizası və uyğunsuzluqların aradan qaldırılması;
  • Holdinq şirkətlərinin (şirkətlər qrupunun) yaradılması, onların strukturunun və idarəetmə sisteminin (holdinqdaxili idarəetmə sxeminin) hazırlanması; onlara daxil olan törəmə, asılı və digər şirkətlərlə hüquqi tabeçilik və digər münasibətlərin qurulmasının təşkili və sənədləşdirilməsi;

Müştərinin ali, nəzarət və icra orqanlarının (Səhmdarların və ya İştirakçıların Ümumi Yığıncağı, Müşahidə Şurası, Direktorlar Şurası, İdarə Heyəti və s.) formalaşdırılması və iclaslarının təşkili, katiblik və qeydiyyat işinin aparılması, səhmdarların, iştirakçıların (payçıların) və digər şəxslərin həmin iclaslarda və digər tədbirlərdə təmsil edilməsi və s.