Əmək hüququ. Miqrasiya işləri

Əmək hüququ

Yerli və xarici şirkətlərə əmək münasibətləri sahəsində əsasən aşağıdakı xidmətlər təklif olunur:

  • Əmək qanunvericiliyi barədə hərtərəfli məsləhətlərin verilməsi, hüquqi rəylər və izahların hazırlanması,
  • Əmək müqavilələrinin və əlavələrinin qanunvericliyə uyğun tərtib edilməsi və elektron qeydiyyatdan keçirilməsi, işəqəbul sənədləşməsinin təşkili;
  • Kadr kargüzarlığının (kadr-uçot sənədləşmələrinin) aparılması, əmrlərin, qərarların, protokolların və s. sənədlərin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun tərtib edilməsi və ya yoxlanılması;
  • Əmək müqavilələrinə xitam verilməsi əsasları ilə bağlı məsləhətlərin verilməsi, müvafiq xitam əmrlərinin əsaslandırılması;
  • İşçilərin əmək şəraitinin, əmək funksiyalarının, məzuniyyətlərin, ezamiyyətlərin, kompensasiyalar və ödənişlərin müəyyən edilməsi,
  • İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin, işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
  • Əməyin mühafizəsi, əmək və icra intizamı, təhlükəsizlik, məxfilik və digər qaydaların və prosedurların hazırlanması;
  • İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsində və işçilərin ixtisarının aparılmasında hüquqi dəstək;
  • İş yerində xəsarət hallarında hüquqi dəstək;
  • Əmək münasibətlərinə nəzarət edən dövlət orqanı ilə mübahisələrin həlli;
  • İşçilərin əmək hüquqlarının müdafisi, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi və digər əmr və qərarlarının, habelə, hərəkət və hərəkətsizliklərinin mübahisələndirilməsi ilə bağlı xidmətlər;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının xüsusiyyətləri barədə hüquqi izahların verilməsi;
  • Fərdi əmək mübahisələrinin və əmək qanunvericiliyinin pozulmasından irəli gələn digər hüquqi problemlərin tənzimlənməsi, hüquqların müdafiəsi və mübahisələrin həlli.

Miqrasiya işləri

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (işçilərə), habelə onlarla əməkdaşlıq edən şirkətlərə (işəgötürənlərə), miqrasiya məsələləri üzrə-kompleks xidmətlər (sənədlər paketinin hazırlanması, təmsilçilik və s.) təklif edilir:

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqları ilə bağlı hüquqi məsləhətlərin və rəylərin verilməsi,
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində iş icazələrinin (fərdi icazələrinin) alınması və müdətlərinin uzadılması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək müqavilələrinin tərtib edilməsi və elektron qeydiyyatdan keçirilməsi, digər sənədləşmələrinin aparılması;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri üzrə məsləhətlərin verilməsi;
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti yaşamaq üçün icazələrinin (vəsiqələrinin) alınması və müddətlərinin uzadılması, habelə onların Azərbaycan Respublikası ərazisində daimi yaşamaq icazəsinin (vəsiqəsinin) alınması;
  • Rəsmi orqanlar tərəfindən tətbiq olunan sanksiyaların qanuniliyinin yoxlanılması, şikayətlərin verilməsi, təmsilçilik, hüquqların müdafiəsi, mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həlli və s.

Miqrasiya orqanlarında və məhkəmələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və ya digər əlaqədar şəxslərin təmsil edilməsi və hüquqlarının müdafiəsi.