Vergi, maliyyə, mühasibatlıq

  • Vergi məsələləri

Yerli və xarici müştərilərə kompleks vergi hüquq xidmətləri təklif edilir. Xidmətlərimizə daxildir:

  • Fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi ödəyicisinin vergi orqanlarında qeydiyyatının (uçotunun) təmin edilməsi, zəruri sənədləşmələrin aparılması, VÖEN, şəhadətnamə, çıxarış, arayışlar və digər sənədlərin alınması;
  • Müştərilərin biznes maraqlarına, investisiya və digər qərarlarına və əməliyyatlarına uyğun vergi növlərinin müəyyənləşdirilməsi, vergilərin hesablanması, vergi planlaşdırılması barədə hüquqi məsləhətlərin verilməsi;
  • Vergi qanunvericiliyinin tətbiqi, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyaları ilə bağlı hüquqi məlumatlandırma;
  • Vergi qanunvericiliyinə əsasən vergi güzəştlərindən və azadolmalardan, “yaşıl dəhliz” və digər imkanlardan istifadə edilməsi barədə hüquqi məsləhətlərin verilməsi, investisiya təşviqi sənədi və digər azadolma sənədlərinin alınmasında hüquqi xidmətlər;
  • Vergi orqanlarının və digər nəzarət strukturlarının qəbul etdiyi akt və qərarlarının hüquqi ekspertizası,
  • Vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən, akt və qərarlarından (o cümlədən, yoxlama aktlarından, cərimə, maliyyə sanksiyalarının tətbiqi və digər məsuliyyətə cəlb edilmə haqqında qərarlardan) onların ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı şikayət və etirazların verilməsi, akt və qərarların məhkəmə və inzibati qaydada mübahisələndirilməsi və ləğv edilməsi ilə bağlı hüquq müdafiə xidmətləri;
  • Vergi yoxlamaları və digər tədbirlər zamanı müştərinin təmsil olunması, hüquqlarının müdafiəsi,vergi mübahisələrinin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi;
  • ƏDV-nin qaytarılması, artıq ödənilmiş vergilərin geri alınması ilə bağlı xidmətlər;
  • Müştərinin vergitutma sisteminin təkmilləşdirməsinə və vergitutmanın optimallaşdırılmasına dair təkliflərin verilməsi;
  • Vergi ödəyicisi ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xidmətlər və s.

Maliyyə, qiymətli kağızlar və valyuta sahəsində xidmətlər

Yerli və beynəlxalq maliyyə hüququ, maliyyə əməliyyatlarının aparılması barədə kompleks xidmətlərimizə aşağıdakılar aiddir:

  • Biznes layihələrin maliyyələşməsi, investisiyaların idarə edilməsi və əməliyyatlara nəzarətlə bağlı hüquq xidmətləri,
  • Əməliyyatlar üzrə uyğun ödəniş qaydalarının seçilməsi və öhdəlik təminatlarının analizi;
  • Valyuta tənzimlənməsi (valyuta gətirmək və aparmaq), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizəyə dair qanunvericiliklə bağlı məsləhət xidməti;
  • Qiymətli kağızlar, törəmə maliyyə alətləri, onlarla əlaqədar əməliyyatlar, o cümlədən səhmlərin kapital bazarlarında yerləşdirilməsi, emissiya buraxılışı və s. üzrə hüquq xidmətləri və s.

Mühasibatlıq hüququ sahəsində xidmətlər

  • Mühasibatlıq qanunvericiliyinə dair məsləhətlərin verilməsi;
  • Mühasibat uçotunun aparılması, hesabatıların hazırlanması və verilməsi, mühasibat uçotunun bərpa edilməsinin hüquqi əsasları ilə bağlı xidmətlər və s.