Bank məsələləri
Şirkət maliyyə institularına, banklara, kredit təşkilatlarına və fərdi müştərilərinə bank-kredit məsələləri üzrə üzrə kompleks xidmətlər təklif edir. Xidmətlərimizə aşağıdakılar aiddir:
- Bank-kredit məsələləri üzrə yerli qanunvericilik və beynəlxalq standartlar və tələblər barədə hüquqi izahların və məsləhətlərin verilməsi, bütün növ müqavilələrin və digər sənəd nümunələrinin hazırlanması və rəy verilməsi;
- Bank və kredit təşkilatları ilə girov və ipoteka, zaminlik, qarantiya, akkreditiv, lizinq və digər məsələlərin tənzimlənməsində, rəsmiləşməsində və danışıqlarda iştirak;
- Bank və kredit təşkilatları ilə yaranan mübahisələrin tənzimlənməsi, müxtəlif qurumlarda və məhkəmələrdə təmsilçilik və hüquqların müdafiəsi;
- Borcların meydana gəlmə səbəblərinin aradan qaldırılması ilə bağlı xidmətlər;
- Kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmasına nəzarət, pozuntuların aşkar edilməsi və aradan qaldırılması ilə bağlı xidmətlər;
- Fiziki və hüquqi şəxslər üçün müxtəlif növ bank hesablarının açılması, elektron (internet) bankçılıq xidmətinin və bank məhsullarının alınmasında və əməliyyatların aparılmasında hüquqi xidmətlər;
- Bank sənədlərinin hüquqi ekspertizası;
- Problemli kreditlərin (borcların) alınması istiqamətində hüquqi işlər: borcluya pretenziya göndərilməsi və məhkəməyə müraciət, məhkəmədə bankın hüquqlarının və qanuni maraqlarının müdafiəsi;
- İcra mərhələsində məhkəmə qərarlarının icra edilməsi, borcun ödənilməsinin təmin edilməsi üzrə hüquqi xidmətlər.
- Bankların yerli və beynəlxalq maliyyə institutlarında təmsil edilməsi, beynəlxalq əməliyyatlarla bağlı xidmətlər;
- Bankların restrukturizasiyası ilə bağlı xidmətlər;
- Borcların restrukturizasiyası (təkrar strukturlaşdırılması) ilə bağlı xidmətlər.
Sığorta məsələləri
Sığorta şirkətlərinə, hüquqi və fiziki şəxslərə sığorta və təkrar sığorta sahəsində kompleks hüquqi xidmətlər, o cümlədən, aşağıdakılar təklif edilir:
- Sığorta şirkətlərinin cari fəaliyyətlərində meydana çıxan bütün növ hüquqi məsələlərlə bağlı xidmətlər;
- Sığorta müqaviləsinin və digər sənədlərin tərtib edilməsi, rəy verilməsi, imzalanmasında təmsilçilik;
- Sığorta əməliyyatlarının həyata keçirilməsində iştirak etmək;
- Sığorta riskləri və digər sığorta şərtlərinin hüquqi analizi;
- Sığorta şirkətlərini və hüquqi və fiziki şəxsləri məhkəmədə və digər orqanlarda təmsil etmək.