Gömrük, idxal–ixrac əməliyyatları

  • Yerli və xarici sahibkarlara gömrük qanunvericliyinin tətbiqində, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində kompleks hüquqi xidmətlər təklif edilir. Xidmətlərimizə əsasən aşağıdakılar aiddir:
    • Gömrük qanunvericiliyinin bütün sahələri, o cümlədən, qaydalar, prosedur və rejimlər barədə hüquqi arayışların və məsləhətlərin verilməsi;
    • İdxal və ixrac əməliyyatlarının aparılması üçün zəruri sənədlərin (bəyannamələrin və s.) tərtib edilməsi, sertifikatların (şəhadətnamələrin) alınması və müştərinin təmsil edilməsi ilə bağlı xidmətlər;
    • “Yaşıl dəhliz” və digər sadələşdirilmiş prosedurlardan, ixracın təşviqi, investisiya təşviqi və digər imtiyaz və azadolma imkanlardan istifadə edilməsi ilə bağlı xidmətlər;

İdxal və ixrac əməliyyatları ilə bağlı məhkəmədən kənar, inzibati qaydada və ya məhkəmə qaydasında mübahisələrin həllində hüquqi xidmətlər, o cümlədən, gömrük orqanlarının hərəkətlərindən və qərarlarından şikayətin verilməsi, inzibati orqanda və məhkəmədə təmsilçilik, hüquqların müdafiəsi və s