Tikinti və daşınmaz əmlak

Hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın tikintisinin rəsmiləşdirilməsi və üzərində hüquqların qeydiyyatı işlərində kompleks xidmətlər təklif edilir. Bu xidmətlərə əsasən aşağıdakılar aiddir:

  • Daşınmaz əmlakın tikintisinə, alqı-satqısına, icarəyə götürülməsinə və hüquqların rəsmiləşdirlməsinə dair qanunvericiliklə bağlı hüquqi məsləhətlərin və izahların verilməsi;
  • Daşınmaz əmlakın (tikilinin, evin, mənzilin, torpağın və s.) hüquqi statusunun və sənədlərinin hüquqi analizi, mülkiyyətçilərinin (sahiblərinin) hüquqlarının araşdırılması;
  • Daşınmaz əmlakın (tikilinin, evin, mənzilin, torpağın və s.) alqı-satqısı, bağışlanması, icarəsi, kirayəsi, istifadəsi, ipotekaya qoyulması və digər müqavilələrin tərtib edilməsi, zəruri sənədlərin (arayışların və s.) toplanması (sənədlər paketinin hazırlanması), danışıqlarda iştirak, müqavilələrin notariatda və digər orqanlarda bağlanmasında və rəsmiləşdirilməsində, hüquqların dövlət qeydiyyatına alınmasında təmsilçilik, maraqların müdafiəsi;
  • Tikinti üçün müqavilələrin və digər sənədlərin hazırlanması, zəruri sənədlərin (məktubların, arayışların və s.) toplanması, təsdiqlənməsi, icazələrin alınması, sənədlər paketinin hazırlanması, müvafiq orqanlarda təmsilçilik və əmlakın müvafiq dövlət orqanında qeydiyyata alınmasının təmin olunmasında digər hüquqi xidmətlər;
  • Daşınmaz əmlakın mülkiyyətçisinin (və ya icarəçinin) və ya hüquqi statusunun dəyişdirilməsinin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınması;
  • Daşınmaz əmlakla bağlı aparılan əməliyyat (alqı-satqı və s) üzrə vergilərin və digər ödənişlərin hesablanması;
  • Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi;
  • Özbaşına tikintilərin qanuniliyinin tanınması;
  • Xaricdə yerləşən daşınmaz əmlakla bağlı kompleks xidmətlər;
  • Daşınmaz əmlak şirkətlərinə kompleks hüquqi xidmətlər;
  • Daşınmaz əmlakla bağlı məhkəmədən kənar və məhkəmə qaydasında mübahisələrin həllində hüquqi xidmətlər və s.