Əmtəə nişanı və patent

Əmtəə nişanı, patent və digər əqli mülkiyyət məsələləri ilə bağlı aşağıdakı hüquqi xidmətlər təklif edilir:

  • Əqli (intellektual) mülkiyyət hüququ məsələləri, növləri və xüsusiyyətlərinə dair hüquqi arayışın və məsləhətlərin verilməsi;
  • Əmtəə nişanına hüquqların, ixtira, faydalı model və sənaye nümunəsinə patentin əldə edilməsi və qeydiyyatı ilə bağlı kompleks xidmətlər, məsləhətlərin verilməsi, sənədlərin hazırlanması və təqdim edilməsi, təmsilçilik və s.;
  • Müəlliflik və əlaqəli hüquqların əldə edilməsi və qeydiyyatı ilə bağlı kompleks xidmətlər, o cümlədən məsləhətlərin verilməsi, sənədlərin hazırlanması və təqdim edilməsi, təmsilçilik və s.;
  • Əqli mülkiyyət hüquqlarının idarə edilməsi, ötürülməsi, verilməsi və digər əməliyyatlar üzrə xidmətlər, o cümlədən danışıqların aparılması, sənədlərin hazırlanması, təmsilçilik və s.;
  • Əqli mülkiyyət hüquqlarının müdaifəsi, sahiblərinin təmsil olunması, mübahisələrin məhkəmədən kənar və məhkəmə qaydasında həlli ilə bağlı kompleks xidmətlər;
  • Əqli mülkiyyət hüquqlarına riayət edilməsinə nəzarət;
  • Əmtəə nişanları və patentlərdən qanunsuz istifadə hallarının aradan qaldırılması ilə bağlı xidmətlər və s.