Xarici ölkələrdə biznes

Sahibkarların beynəlxalq biznesinə aşağıdakı xidmətləri təklif etməklə kompleks hüquqi xidmət göstərməyə hazırıq:

  • Xarici ölkələrdə (MDB, Avropa İttifaqı ölkələri, Türkiyə, Gürcüstan və digər ölkələrdə, habelə, azad iqtisadi zonalarda və ofşor bölgələrdə) şirkətlərin, filial və nümayədəliklərin, birgə müəssisələrin yaradılması və ləğvi üzrə xidmətlər;
  • Xarici ölkələrdəki şirkətlərin araşdırılması, hüquqi və kommersiya risklərinin müəyyən edilməsi, bu şirkətlərlə əməkdaşlığın qurulması, birgə optimal əməkdaşlıq (o cümlədən, vergi) sxemlərinin hazırlanması, əməkdaşlıq müqavilələrinin hazırlanması ilə bağlı kompleks xidmətlər;
  • Bütün növ xarici hüquqi sənədlərin (müqavilələrin, şəhadətnamələrin, blankların, nizamnamələrin və s.) hüquqi ekspertizası;
  • Müştərini xarici ölkələrin iqtisadiyyat, miqrasiya, vergi-maliyyə, məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanları və təşkilatlarında, habelə, həmin ölkələrdə bütün hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi və hüquqlarının müdafiəsi, müxtəlif növ məsələlərinin (icazələr üçün müraciətlər, bank-kredit, borc və digər öhdəliklərin icrası və s.) həllində hüquqi dəstək;
  • Xaricdə yerləşən daşınar və daşınmaz əmlakla bağlı kompleks xidmətlər;
  • Xarici şirkətlərə malların, hüquqların və icazələrin verilməsi (ötürülməsi) ilə bağlı xidmətlər və s.

Qeyd: mülki, iqtisadi, cinayət və digər işlər üzrə xidmətlər üçün müvafiq bölməyə keçin.